Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Ordusunun dünya miqyasında 50 ən güclü ordu sırasında olması qürurverici haldır

Azərbaycan Ordusunun dünya miqyasında 50 ən güclü ordu sırasında olması qürurverici haldır

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan Ordusunun formalaşdırılması dövlət siyasətinin prioritetini təşkil etdi. Ordu quruculuğunun ilkin dövrlərindən başlayaraq, ölkəmiz hərbi sahədə beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirməyə başladı. Artıq 1994-cü ilin əvvəllərində ulu öndər Azərbaycanın NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulması barədə təqdimat sənədini alyansın mənzil-qərargahında o vaxtkı baş katibə təqdim etdi. Bu, ulu öndərin uzaqgörən siyasətinin nəticəsi idi. Proqrama qoşulmaqla ölkəmiz NATO dəyərlərini mənimsəmək baxımından mükəmməl imkanlar qazandı.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin son 15 ildə ordumuzun və ən müasir silah-sursatla təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlər, hərbi hissələrdə şəxsi heyətlə mütəmadi görüşləri ordunun döyüş ruhunun yüksəlməsində və əzmkarlığının artmasında mühüm rol oynadı. Dövlət başçısının hərbi hissələrdəki vəziyyətlə, hərbçilərin qayğıları ilə bilavasitə maraqlanması, xidmətdə fərqlənən əsgər və zabitlərə xüsusi hədiyyələr təqdim etməsi, onları mükafatlandırması, bir sözlə, səmimi ünsiyyətdə olması şəxsi heyətdə özünəinam hissini, vətənpərvərlik ruhunu daha da gücləndirdi.
Bu gün Azərbaycan ­Ordusunun beynəlxalq standartlar səviyyəsində inkişafı üçün bütün zəruri addımlar atılır. Milli Ordunun döyüş qabiliyyətinin artırılması üçün görülən irimiqyaslı işlər ictimaiyyət tərəfindən də razılıqla qarşılanır. Cari il oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı ordu quruculuğunun dövlət siyasətinin əsasını təşkil etdiyini bir daha diqqətə çatdırdı. Dedi ki, Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır və beynəlxalq reytinqlər də bunu göstərir.
Möhtərəm Prezidentimiz, həmçinin bu il Bakıda iki dəfə möhtəşəm hərbi parad keçirildiyini xatırlatdı və bu paradlarda hərbi qüdrətimizin həm xalqımıza, həm də dünyaya nümayiş etdirildiyini bildirdi. Qeyd edildi ki, bu gün Azərbaycan Ordusu ən müasir silahlarla və hərbi texnika ilə təchiz edilib. 
Ali Baş Komandan bundan sonra da ən müasir hərbi texnikanın alınacağını, yeni müqavilələrin imzalanacağını vurğulayıb. NATO-ya üzv ölkələrin Azərbaycanla hərbi sahədə, həmçinin hərbi-texniki sahədə əməkdaşlıq etmək istəyinin getdikcə artması da ordu quruculuğunun beynəlxalq standartlar səviyyəsində olmasından xəbər verir.

Flora QASIMOVA, 
Milli Məclisin deputatı

11 Oktyabr 2018 01:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 Dekabr 2018 | 00:07
“Mən Azərbaycanam”
16 Dekabr 2018 | 00:06
Bu yol Poladlıya aparır

Ən son xəbərləri səhifəmizdən də izləyin