Ən son xəbərlər

Son buraxılış
Arxiv

Corc Kent: Azərbaycan regionda təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan ölkədir

Corc Kent: Azərbaycan regionda təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan ölkədir

Oktyabrın 10-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin yeni təyin olunmuş müavini Corc Kent ölkəsinin Azərbaycandakı səfirliyində səfərinin yekunlarına dair mətbuat konfransı keçirib.
Corc Kent Azərbaycanda bir sıra yüksək səviyyəli görüşlər keçirdiyini, görüşlərdə ABŞ-Azərbaycan münasibətlərinə və Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına dair müzakirələrin aparıldığını bildirib. 
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkdakı görüşünü və Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin Düşənbədəki söhbətini xatırladan C.Kent bu cür təmasların önəmli olduğunu qeyd edib. 
Azərbaycanın münaqişənin sülh yolu ilə nizamlanmasında maraqlı olduğunu söyləyən Corc Kent bildirib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi, münaqişənin Madrid prinsipləri əsasında nizamlanması üzrə öhdəliklərinə ciddi yanaşır. 
O, Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının prinsiplərinə əsaslanan dinc həllinin vacibliyini vurğulayaraq qeyd edib ki, ölkəsi ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişə zonasında gərginliyin azaldılması və problemin dinc yolla həllinin əldə olunması istiqamətindəki səylərini alqışlayır. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu həmsədrlərinin oktyabr ayının sonuna regiona səfəri gözlənilir.
C.Kent Azərbaycan-ABŞ münasibətlərindən danışaraq, Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlara töhfəsini xüsusi qeyd edib. ABŞ-ın Azərbaycan ilə münasibətlərin daha da inkişafında maraqlı olduğunu söyləyən C.Kent bildirib ki, Azərbaycan regionda təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan ölkədir.
Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal layihələrə toxunan qonaq bildirib ki, “Cənub Qaz Dəhlizi” kimi layihələr dünyada enerji təhlükəsizliyinə mühüm töhfə verir. 

AZƏRTAC

11 Oktyabr 2018 01:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 Dekabr 2018 | 00:07
“Mən Azərbaycanam”
16 Dekabr 2018 | 00:06
Bu yol Poladlıya aparır

Ən son xəbərləri səhifəmizdən də izləyin