Ən son xəbərlər

Son buraxılış
Arxiv

Statistika Komitəsi ilə Ümumdünya Səhiyyə Təşkilatının əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Statistika Komitəsi ilə Ümumdünya Səhiyyə Təşkilatının əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Dövlət Statistika Komitəsi ilə Ümumdünya Səhiyyə Təşkilatının əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib.
Komitədən AZƏRTAC-a bildirilib ki, oktyabrın 10-da Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri xanım Fatoş Hande Harmancı ilə görüşüb. Tahir Budaqov onu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək, ölkəmizdəki xidməti fəaliyyətində uğurlar və müvəffəqiyyətlər arzulayıb. 
Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi sayəsində ölkəmizdə mütərəqqi islahatlar aparılır, yüksək iqtisadi göstəricilərin əldə olunması ilə yanaşı, həm də qlobal transmilli enerji və nəqliyyat-kommunikasiya layihələri reallaşdırılır, balanslaşdırılmış uğurlu daxili və xarici siyasət həyata keçirilir. 
Tahir Budaqov Dövlət Statistika Komitəsinin son illər ərzində həyata keçirdiyi layihələr, milli statistika sisteminin təkmilləşdirilməsi ilə bağlı əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq məsələlərini və statistika sistemində qazanılan uğurları diqqətə çatdırıb.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Fatoş Hande Harmancı isə öz növbəsində səmimi görüşə və təbrikə görə məmnunluğunu ifadə edib, ölkəmizdəki fəaliyyəti dövründə Dövlət Statistika Komitəsi ilə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə Dövlət Statistika Komitəsi ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında gələcək əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

11 Oktyabr 2018 01:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 Dekabr 2018 | 00:07
“Mən Azərbaycanam”
16 Dekabr 2018 | 00:06
Bu yol Poladlıya aparır

Ən son xəbərləri səhifəmizdən də izləyin