• RUB: 0.0257
  • TRY: 0.2890
  • EUR: 1.9635
  • USD: 1.7000
  • Bakı + 17 ° C / 77

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Olimpiadada daha bir medal

Olimpiadada daha bir medal

Argentinanın paytaxtı Buenos-Ayresdə davam edən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyəti ikinci medalın sevincini yaşamışdır. Bu dəfə təmsilçimiz taekvondo yarışlarında fəxri kürsüyə yüksəlmişdir.
Cavad Ağayev 63 kq çəki dərəcəsində çıxış edən rəqiblərin mübarizəsinə inamla başlayaraq, Cənubi Sudan və İran idmançıları ilə görüşlərdən qalib ayrılmışdır. Taekvondoçumuz yarımfınalda Koreya Respublikası nümayəndəsinə uduzsa da, bu uğursuzluq ona çıxışlarını mükafatçılar sırasında başa vurub olimpiadada Azərbaycanın medallarının sayını ikiyə çatdırmaqda mane olmamışdır.
Xatırladaq ki, Azərbaycan idmançıları Argentinada ilk medalı cüdoçuların turnirində qazanmışlar. Vüqar Talıbov (66 kq) çempion zirvəsini fəth etmişdir.

O.BAYRAMOV, 
“Xalq qəzeti”

 

11 Oktyabr 2018 01:28 - İDMAN
İDMAN
15 Oktyabr 2018 | 16:00
Noyabradək fasilə
13 Oktyabr 2018 | 21:00
Ağır atletikada gümüş medal
13 Oktyabr 2018 | 20:52
Anri “Monako”da
13 Oktyabr 2018 | 17:57
Yeddi oyundan dördündə 1:0
13 Oktyabr 2018 | 17:54
Uğurlu start

Ən son xəbərləri səhifəmizdən də izləyin