• RUB: 0.0257
  • TRY: 0.2890
  • EUR: 1.9635
  • USD: 1.7000
  • Bakı + 17 ° C / 77

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paşinyan növbədənkənar seçkilər barədə memorandum imzalayıb

Paşinyan növbədənkənar seçkilər barədə memorandum imzalayıb

Ermənistanın baş naziri Nikol Paşinyan dünən parlamentdə ikinci böyük fraksiya olan "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyanla dekabrda erkən parlament seçkilərinin keçirilməsi haqqında memorandum imzalayıb.
Respublika partiyasının 50, Tsarukyanla Paşinyanın 40, “Daşnaksütyun” fraksiyasının 7 mandatı var.
İmzalanmış memoranduma əsasən, Paşinyanın istefasından sonra "Çiçəklənən Ermənistan" fraksiyası baş nazir postuna namizəd irəli sürməyəcək və digər namizədi dəstəkləməyəcək.
 Göründüyü kimi, Ermənistanda vəziyyət getdikcə daha da gərginləşir. Bəzi politoloqlar və ekspertlər bildirirlər ki, Paşinyan növbədənkənar seçkilərdən sonra hakimiyyətini itirə bilər.

11 Oktyabr 2018 01:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin