Ən son xəbərlər
İstedadlı gənc rəssamlarımızdan olan Aynurə Mustafayeva və Xanlar Əsədullayev Milli Məclisin Mədəniyyət komitəsində komitə sədri Qənirə Paşayeva ilə görüşüblər.Gənc rəssamların qaldırdığı bəzi problemlər, məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
A.Mustafayeva və X.Əsədullayev gənc rəssamların qarşılaşdığı yaradıcılıq emalatxanası problemi, bölgələrimizdə gənc rəssamlarımızın üzləşdiyi çətinliklərlə bağlı fikirlərini bölüşüblər və geniş müzakirələr aparılıb. Hər zaman gənc və istedadlı rəssamlarımızın yanındayıq deyən Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva gənc rəssamların qaldırdığı problemləri müvafiq dövlət qurumları ilə müzakirə edəcəyini deyib.
Gənc rəssamlar yaradıcılıq fəaliyyətləri, əldə etdikləri uğurlar barədə də Mədəniyyət komitəsi sədri Qənirə Paşayevayaya geniş məlumatlar veriblər. Onların yaradıcılığını yüksək qiymətləndirən Q.Paşayeva Aynurə xanım və Xanlar bəyə fəaliyyətlərində daha da böyük uğurlar diləyib.
Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə