• RUB: 0.0259
  • TRY: 0.3012
  • EUR: 1.9570
  • USD: 1.7000
  • Bakı + 20.3 ° C / 75%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hindistan Rusiyadan yeni sistemlər almağı planlaşdırır

Hindistan Rusiyadan yeni sistemlər almağı planlaşdırır

Hindistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Bipin Ravat jurnalistlərə açıqlamasında Rusiyadan yeni sistemlər almağı planlaşdırdıqlarını bildirib. Bu barədə RİA “Novosti” məlumat verib. 
Baş Qərargah rəisi açıqlamasında qeyd edib ki, Hindistan Rusiyadan aldığı S-400-lər qarşılığında tətbiq edilə biləcək sanksiyalara rəğmən Moskva ilə əlaqələri dayandırmaq niyyətində deyil. 
B.Ravat, həmçinin Hindistanın müstəqil siyasət yürütdüyünü bildirməklə yanaşı, Rusiya hökumətinin Hindistan ordusu ilə əlaqədə maraqlı olduğunu da dilə gətirib: “Rusiya hökuməti Hindistan ordusu ilə əlaqədə maraqlıdır. ABŞ bizə S-400 aldığımıza görə sanksiya tətbiq edə bilər, amma Hindistan müstəqil siyasət yürüdür”, - deyə Baş Qərargah rəisi bildirib.

Rövşən ATAKİŞİYEV, 
“Xalq qəzeti”

10 Oktyabr 2018 21:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin