• RUB: 0.0257
  • TRY: 0.2890
  • EUR: 1.9635
  • USD: 1.7000
  • Bakı + 17 ° C / 77

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya, Çin və KXDR Pxenyana qarşı sanksiyaların ləğv edilməsini istəyir

Rusiya, Çin və KXDR Pxenyana qarşı sanksiyaların ləğv edilməsini istəyir

Rusiya, Çin və Koreya Xalq Demokratik Respublikası xarici işlər nazirlərinin müavinləri İqor Morqulov, Kun Suanyu və Tsoy Son Xi BMT Təhlükəsizlik Şurasının Pxenyana qarşı sanksiyalarının ləğv edilməsini tələb edirlər. Bu barədə Moskvada keçirilmiş üçtərəfli məsləhətləşmələr nəticəsində qəbul edilmiş kommünikedə bildirilir. Məlumatı TASS verib. 
Rusiya XİN-in saytında yerləşdirilmiş sənəddə deyilir ki, tərəflər KXDR-in nüvəsizləşdirmə istiqamətində atdığı vacib addımları nəzərə alır. “Ona görə də BMT Təhlükəsizlik Şurasının KXDR-ə qarşı sanksiyalarının ləğvinə vaxtında başlanmasını vacib hesab edirik. Birtərəfli sanksiyalar əleyhinə ümumi mövqedə olduğumuzu təsdiq edirik”, – deyə sənəddə qeyd edilir. 
Tərəflər belə bir fikirdə həmrəydirlər ki, Koreya yarımadasındakı problemlərin sülh və siyasi-diplomatik yolla kompleks şəkildə nizamlanmasının alternativi yoxdur. “Problemin həllinə cəlb edilmiş tərəflərin bu cür nizamlanmaya nail olunması üçün dialoqun davam etdirilməsi istiqamətində səyləri yüksək qiymətləndirilir. Qarşılıqlı narahatlıqların aradan qaldırılması və münasibətlərin normallaşdırılması məqsədilə KXDR və ABŞ, eləcə də KXDR və Koreya Respublikası arasında danışıqların keçirilməsinə dəstək ifadə edirik”. 
Hər üç ölkənin XİN başçılarının müavinləri tərəflərin Koreya yarımadasının nüvəsizləşdirilməsi və orada sülh mexanizmlərinin yaradılması istiqamətində müsbət nəticələr naminə çalışdıqlarını təsdiqləyiblər. “Belə bir ümumi nəticəyə gəlinib ki, birinci dərəcəli vəzifəsi qarşılıqlı etimad yaradılması olan hazırkı proses mərhələli və sinxron xarakter daşımalı, cəlb olunmuş tərəflərin qarşılıqlı addımları ilə müşaiyət olunmalıdır”, -- kommünikedə deyilir. 
Diplomatlar ­Koreya yarımadasında davamlı sülh mexanizmlərinin yaradılması üçün ikitərəfli və çoxtərəfli koordinasiyanın möhkəmləndirilməsi məsələlərini detallı şəkildə müzakirə ediblər. Dialoqu davam etdirmək barədə razılıq əldə olunub. 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

10 Oktyabr 2018 21:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin