• RUB: 0.0257
  • TRY: 0.2890
  • EUR: 1.9635
  • USD: 1.7000
  • Bakı + 17 ° C / 77

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Suriya müxalifəti Ankaranın səylərini yüksək dəyərləndirir

Suriya müxalifəti Ankaranın səylərini yüksək dəyərləndirir

Suriya müxalifətinin yüksək çinli təmsilçisi Yasər Fərxan bildirib ki, İdlibdə Əsəd rejiminə qarşı vuruşan qüvvələrin ağır texnikanı bufer zonasından geri çəkməsi, ilk növbədə, Türkiyə hökumətinə olan dərin inamın nəticəsində mümkün olub. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 
Y. Fərxan deyib: “Müxalifət ağır texnikanı geri çəkməklə, Türkiyəyə olan inamını nümayiş etdirib. Silahlı müxalifətin bu addımı onun Türkiyə ilə ittifaqının uğurundan xəbər verir”. 
Suriya müxalifətinin nümayəndəsi hesab edir ki, İdlibdə bufer zonası üzrə müşahidə məntəqələrinin gücləndirilməsi yerli əhalinin vəziyyətinə pozitiv təsir göstərəcək. Onun sözlərinə görə, bununla da Əsəd rejimi və onun tərəfdarlarının müxtəlif bəhanələrlə regiona gözlənilən hücumlarının qarşısı alınıb. Bundan başqa, Əsəd ordusunun İdlibə qarşı hücumlarına YPG və PYD yaraqlılarının qoşulması gözlənilirdi ki, bu da nəticə etibarilə yaraqlıların Türkiyə sərhədində möhkəmlənməsinə şərait yarada bilərdi.
Y. Fərxan sonra qeyd edib ki, Suriya münaqişəsinin siyasi yolla həllinə kəskin ehtiyac yaranıb. Onun sözlərinə görə, bu il sentyabrın 17-də Soçidə Türkiyə və Rusiya prezidentləri arasında İdliblə bağlı razılaşmanın əldə olunması və uğurla icra olunması əhalinin öz təhlükəsizliyinə olan ümidlərini artırıb. 
Yeri gəlmişkən, Macarıstana səfəri zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Budapeştdə keçirdiyi mətbuat konfransında Soçi razılaşmasına bir daha yüksək qiymət verib. Dövlət başçısı deyib ki, bu sənəd Suriyanın şimali-qərbində 3,5 milyon insanın təhlükəsizliyi üçün şərait yaradıb. 
Türkiyə lideri, həmçinin qeyd edib ki, Ankaranın Suriya və İraqda öz milli təhlükəsizliyini gücləndirmək istiqamətində atdığı addımlar bəzi dairələrin narahatlığına səbəb olub. Onun fikrincə, Türkiyə hərbçilərinin uğurla həyata keçirdiyi “Zeytun budağı” və “Fərat qalxanı” əməliyyatları Suriyada separatizmə güclü zərbə vurub. 
R.T.Ərdoğan son günlər Türkiyə iqtisadiyaytına qarşı hücumların artdığını da bildirib. Lakin vurğulayıb ki, Türkiyə iqtisadiyaytı möhkəm bünövrə üzərində qərar tutub. Heç bir qüvvə ölkənin maliyyə sektorunu çökdürə bilməz. 

M.HACIXANLI, 
“Xalq qəzeti” 

10 Oktyabr 2018 21:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin