• RUB: 0.0259
  • TRY: 0.3012
  • EUR: 1.9570
  • USD: 1.7000
  • Bakı + 20.3 ° C / 75%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

NATO hərbi təlimlərə başlayır

NATO hərbi təlimlərə başlayır

NATO genişmiqyaslı hərbi təlimlərə başlayır. Bu barədə oktyabrın 9-da təşkilatın mənzil-qərargahında baş tutmuş mətbuat konfransında alyansın yüksək rütbəli rəsmisi Rune Yakobsen məlumat verib. O bildirib ki, təlimlərin Norveçin şərqində, İslandiya da daxil olmaqla, Şimali Atlantika və Baltik dənizi ərazisində, habelə İsveç və Finlandiya səmasında keçirilməsi nəzərdə tutulur. Hərbi Hava, Hərbi Dəniz və piyada qoşunlarından ibarət 50 min əsgərin cəlb edildiyi təlimlər oktyabrın 25-dən noyabrın 7-nə kimi davam edəcək. 
NATO-nun Birgə Müttəfiq Qüvvələrinə rəhbərlik edən admiral Ceyms Foqqonun sözlərinə görə, hərbi təlimlər NATO-nun hər hansı düşmənə qarşı müdafiə qabiliyyətinin nümayiş etdirilməsi məqsədi daşıyır. Admiral deyib ki, Norveç Rusiya ilə sərhədə malikdir və 150 təyyarə, 60 gəmi və 10 min hərbi maşından ibarət böyük qüvvə alyansın öz müttəfiqini müdafiə etmək üçün qüvvələrinin mobilizə etmək bacarığını bir daha göstərmiş olacaq.
Foqqo, həmçinin bildirib ki, təlimlərdə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Harri Trumen” atom daşıyan gəmisi də iştirak edəcək. 
“Amerikanın səsi”nin yazdığına görə, keçiriləcək hərbi təlimlər soyuq müharibə dövründən bu vaxtadək NATO-nun ən genişmiqyaslı təlimləri olsa da, həcminə görə Rusiya və Çinin keçən ay birgə gerçəkləşdirdiyi təlimlərdən geri qalır.
NATO təlimlərini müşahidə etmək üçün Rusiya və Belarusdan da müşahidəçilər dəvət edilib.

Aida AYSA, “Xalq qəzeti”

10 Oktyabr 2018 21:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin