• RUB: 0.0257
  • TRY: 0.2890
  • EUR: 1.9635
  • USD: 1.7000
  • Bakı + 17 ° C / 77

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qasırğaya görə hərbi aviabaza evakuasiya edilib

Qasırğaya görə hərbi aviabaza evakuasiya edilib

ABŞ-ın cənub-şərq sahillərinə yeni “Maykl” qasırğası yaxınlaşır. Bu qasırğa üçüncü kateqoriyalı sayılır. Hazırda qasırğa Meksika körfəzindədir.
 Sinoptiklərin məlumatına görə, təbii fəlakət zonasında küləyin sürəti saniyədə 56 metrə çatır. Hazırda qasırğa Florida ştatına doğru hərəkət edir. ABŞ-ın üç – Florida, Alabama və Corciya ştatlarında fövqəladə vəziyyət elan edilib. Əhaliyə xəbərdarlıq edilib ki, qasırğa dağıdıcı olacaq və çox güman ki, elektrik enerjisi verilişi də kəsiləcək.
Florida ştatında 140 min nəfər evakuasiya edilib. Burada yerləşən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Tindall” aviabazası da evakuasiya edilib.
Xatırladaq ki,” Mayki” qasırğası bundan əvvəl Kubada olub və cüzi fəsadlar yaradıb.

Qəzənfər QASIMOV, “Xalq qəzeti” 

 

10 Oktyabr 2018 21:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin