Ən son xəbərlər

Son buraxılış
Arxiv

Jardim istefaya göndərilir

Jardim istefaya göndərilir

“Monako” klubu komandanın hazırkı baş məşqçisi ­Leonardo Jardimi bu həftənin sonuna kimi istefaya göndərməyi planlaşdırır. Bildirilir ki, klub rəhbərliyi bu vəzifəyə Tyeri Anrini gətirməyi düşünür. Artıq fransalı mütəxəssislə danışıqların başlanıldığı bildirilir. 
Qeyd edək ki, T.Anri hazırda Belçika millisinin baş məşqçi Roberto Martinesin köməkçisi vəzifəsində çalışır.
Xatırladaq ki, “Monako” Fransa Liqasında 9 turdan sonra cəmi 6 xalla 18-ci pillədə qərarlaşıb.
Xəbəri “Eurosport” verib.

Hazırladı: 
Elçin ABBASOV, 
“Xalq qəzeti”

10 Oktyabr 2018 21:52 - İDMAN
İDMAN
15 Fevral 2019 | 23:39
Müqavilə uzadıldı
15 Fevral 2019 | 14:01
Benzema Messiyə çatdı
14 Fevral 2019 | 12:11
Yeni transfer

Ən son xəbərləri səhifəmizdən də izləyin