Ən son xəbərlər
Beynəlxalq Valyuta Fondu (BVF) son iki ildə ilk dəfə olaraq dünya iqtisadiyyatının artım proqnozunu aşağı salıb. Fondun hesablamalarına görə, bu il və gələn il dünyada ümumi daxili məhsul (ÜDM) gözlənildiyi kimi, 3,9 faiz deyil, 3,7 faiz artacaq. Proqnozun aşağı salınmasına səbəb icarət mübahisələrinin, xüsusilə, Çin və ABŞ arasında qarşıdurmanın güclənməsidir. Fond xəbərdarlıq edir ki, ticarətdə gərginliyin davam etməsi 2020-ci ildə dünya iqtisadiyyatının 0,8 faiz geriləməsinə səbəb ola bilər.
Xəbəri “Bloomberg” verib.
Hazırladı:
Elçin ABBASOV,
“Xalq qəzeti”
Ən son xəbərləri səhifəmizdən də izləyin