• RUB: 0.0259
  • TRY: 0.3042
  • EUR: 1.9550
  • USD: 1.7000
  • Bakı + 21.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağac kəsən şəxs cərimələndi

Ağac kəsən şəxs cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu Xırdalan şəhəri, M.Rəsulzadə küçəsində yaş köküstə 8-16 sm diametrində 4 şam və ayland ağacının kəsildiyi aşkar edilib.

Araşdırma zamanı ağacların “Proqress-2016” Mənzil Tikinti Kooperativ şirkətinin işçisi Samir Hacıyev tərəfindən kəsildiyi və təbiətə 970 manat  məbləğində ziyan dəydiyi müəyyən olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, faktla bağlı S.Hacıyev barəsində protokol tərtib olunub və ona 8800 manat məbləğində cərimə  tətbiq  edilib.

 

Qəzənfər QASIMOV,
“Xalq  qəzeti”
              

10 Oktyabr 2018 17:45 - EKOLOGİYA
EKOLOGİYA
18 Oktyabr 2018 | 18:07
Reyd keçirilib
17 Oktyabr 2018 | 17:24
Bəzi yerlərə yağış yağıb
17 Oktyabr 2018 | 17:22
Sürüşmə hadisəsi baş verib

Ən son xəbərləri səhifəmizdən də izləyin