Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tural Həsənlinin “Təşəbbüs” romanının təqdimatı

Tural Həsənlinin “Təşəbbüs” romanının təqdimatı

“Azərkitab” kitab təbliğatı mərkəzində Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı Tural Həsənlinin “Təşəbbüs” romanının təqdimat mərasimi keçirilmişdir.

Mərasimi müəllif Tural Həsənli açaraq həyat və yaradıçılığı, ədəbiyyata gəlişi, poeziya və nəsr sahəsində  yazdığı  əsərləri, yaradıcılıq imkanları, ədəbi düçüncələri, ideya və baxışları haqqında iştirakçılara məlumat vermişdir.

Əməkdar jurnalist Qafar Əsgərzadə, yazıçı-publisist Afət Sadıqoğlu, Respublika muğam müsabiqəsinin qalibi, xanəndə Sərxan Bünyadzadə, Naxçıvan Dövlət Universitetinin tələbəsi Çilənay Məmmədova çıxış edərək gənc yazıçı  Tural Həsənlinin yaradıcılığı, ədəbi aləmdə  şeirləri və romanları  ilə tanınması, əsərlərinin təhlil gücü, hadisələri və problemləri əks etdirmə məharəti, oxucuların şüuruna təsir etmə qüvvəsi  ilə diqqəti cəlb etdiyini bildirmişlər.

Qeyd olunmuşdur ki, Naxçıvan ədəbi mühitində şeirləri ilə yaradıcılığa başlayan Tural Həsənli qısa bir zamanda özünün yazıçılıq istedadı, məharəti, həyat hadislərinin dərinliyinə getmək bacarığı, ədəbi yaradıcılıq qabiliyyəti ilə tanınmışdır.Artıq gənc yazıçının 6 kitabı nəşr edilmişdir. ”Mən həyata gecikmişəm” (2010), “Psixodrama (Özünü axtarış)” (2012) romanları,”Dünyadakı dünyam”(2012) şeirlər kitabı,”İgid ölər,igidlik ölməz” novellası (2014), “İki sıfır bir dörd” şeirlər kitabı (2014)  ilə oxucularının rəğbətini qazanmış, dedektiv janrda əsərlər yazmış gənc yazıçı  bu sahədə yaradıcılığını daha da inkişaf etdirərək yeni “Təşəbbüs” romanı ilə ədəbi aləmə gəlmişdir.

Tural Həsənlinin şeir və romanları geniş oxucu auditoriyasının diqqətini cəlb etdiyindən görkəmli ədəbiyyatşünas, akademik İsa Həbibbəylinin söylədiyi fikirlər daha önəmlidir: “Tural Həsənlinin  əsərləri müstəqillik dövrü Azərbaycan bədii nəsrinin yeni nəslinin cəlbedici ədəbi hadisəsidir!”, habelə “indikindən artıq yaradıcılıq zəhmətinə qatlaşarsa, bu, ədəbiyyatda orjinal bir nasirin zühuruna və ya rejionda böyük ədəbiyyatın doğuluşu hadisəsinə çevrilə bilər”.

 “Təşəbbüs” romanının təqdimat mərasimində çıxış edənlər müəllifin yaradıcılığına yüksək qiymət verərək  yaradıcılıq  yollarında gənc yazıçıya yeni uğurlar arzulamışlar.

Sonda müəllif onun yaradıcılığını yüksək dəyərləndirən və mənəvi dəstək göstərənlərə dərin  təşəkkürünü  bildirmiş və  yeni kitabının-“Təşəbbüs” romanının imza günü ilə əlaqədar avtoqraflar yazaraq oxuculara təqdim etmişdir.

 

Afət Sadıqoğlu,
“Xalq qəzeti”

10 Oktyabr 2018 16:28 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
18 Dekabr 2018 | 14:33
ABŞ-da filmə çəkildilər

Ən son xəbərləri səhifəmizdən də izləyin