Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Abdulla bəy Divanbəyoğlunun kitabı Türkiyədə nəşr olunub

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi üzrə seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi davam etdirilir. 

Layihə üzrə görkəmli nasir, pedaqoq Abdulla bəy Divanbəyoğlunun “Can yanğısı” povestinin nəşri başa çatdırılıb.

Abdulla bəy Divanbəyoğlu əsərləri ilə Azərbaycanda çağdaş təhsilin inkişafı və maarifçilik hərəkatına mühüm töhfələr vermiş bir addır. XX əsrin əvvəllərindəki dövrün mürəkkəb, sinfi ziddiyyətlərlə dolu səhnələri, Azərbaycan qadınının keçmiş acınacaqlı həyatı “Can yanğısı” povestinin əsas mövzusudur.

Tanınmış şair-tərcüməçi Yurtsevən Şənin türkcəyə çevirdiyi əsər Türkiyənin “Zengin yayıncılık” nəşriyyatı tərəfindən 5000 tirajla nəşr olunub.  

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

26 Avqust 2020 10:15 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə