Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq ekspertlərlə görüş

Görüşdə Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov, Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, İşçi qrupun rəhbəri Vasif Eyvazzadə, Nazirin müşaviri Elnur Əliyev, Beynəlxalq layihələr və innovasiyalar sektorunun müdiri Ramil Abbəkirov, beynəlxalq ekspertlər Alessandro Bianki, Terry Sandell, Kristina Farinya və yerli ekspert Telman Məlikzadə iştirak edib.

Onlayn təşkil edilən görüşdə Mədəniyyət Nazirliyin yeni strategiyası, mədəni irs və mədəniyyət sahəsində siyasətin müasirləşdirilməsi və idarəetmənin səmərəliliyinin artırılması, insan resursları və maliyyə idarəetməsi sahəsində idarəçiliyinin yeni effektiv istiqamətləri, rəqəmsal texnologiyalar və platformaların genişləndirilməsi kimi məsələlər ətrafında əcnəbi ekspertlərlə müzakirələr aparılıb.

Nazirliyin yaxın gələcək üçün vacib prioritet fəaliyyət istiqamətləri arasında yaradıcı və mədəniyyət sənayeləri, yaradıcılıq sahəsində daha peşəkar və effektiv institutsional mexanizmlərin – birlik və təşkilatların formalaşdırılması, bilik-bacarıqların və texniki ekspertizanın artırılması, 2016-2018-ci illərdə Avropa İttifaqının maliyyə dəstəyi ilə icra edilmiş Tvinninq layihəsinin hesabatlarının analiz olunaraq mədəniyyət sahəsində gələcək planlaşdırma işlərində istifadə edilməsi, beynəlxalq təşkilatların və aparıcı ölkələrin qabaqcıl təcrübələrindən planlaşdırma prosesində nəzərə alınmasının vacibliyi kimi məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

Görüş zamanı Anar Kərimov yaradıcı sənayelərin mədəniyyət sahəsində gələcək perspektivləri, sektorlararası tərəfdaşlıq modellərinin tətbiqi, mədəniyyətin iqtisadi rolunun, yaradıcı peşəkar birliklərin potensialının artırılması, mədəni irsin mühafizəsi, bərpası və inkişafı sahəsində yeni yanaşmaların tətbiqi, mədəni irsin idarəedilməsində əks mərkəzləşmə təcrübələrinin gətirilməsi və yerli qurumların bu proseslərdə iştirakının artırılması, mədəniyyət sahəsində kommunikasiya strategiyaları və yeni dövlət-özəl tərəfdaşlıq modellərinin qurulması kimi məsələləri vurğulayaraq bu istiqamətlərdə birgə işin davam etdirilməsi və praktiki həllərin təklif edilməsinin zəruriliyini qeyd edib.

Görüş qeyd olunan istiqamətlər üzrə sual-cavab sessiyası şəklində ekspertlərin fikir mübadiləsi ilə davam edib.

Sonda Anar Kərimov Mədəniyyət Nazirliyi sisteminin idarəetməsinin təkmilləşdirilməsi üzrə İşçi qrupunun işində beynəlxalq ekspertlərlə əməkdaşlığın fayda gətirəcəyindən əminliyini bildirərək qarşıdakı fəaliyyətlərdə bütün qrup üzvlərinə müvəffəqiyyətlər arzulayıb.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

26 Avqust 2020 10:14 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
27 Yanvar 2021 | 01:29
Ənənələr bərpa edilir

Köhnə versiyamızdan xəbərləri izlə