Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Kitabxana “Beynəlxalq Azərbaycan muğamı və musiqisi günü” adlı virtual sərgini təqdim etdi

Artıq dünya ölkələrində Azərbaycan muğamı birmənalı olaraq qəbul edilmiş, dünyanın mədəni irs siyahısında nadir əsər tək qorunur və təqdim olunur. Hər il 26 avqust “Beynəlxalq Azərbaycan muğamı və musiqisi günü” kimi qeyd edilir. 26 avqust tarixi bütün muğamsevərlərin, xüsusilə də, bu sənət növünü yaşadan və onun təbliğinə daim yaradıcılıq və həyat yolunu həsr edən şəxslərin bayramıdır. Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən “Beynəlxalq Azərbaycan muğamı və musiqisi günü” adlı virtual sərgi hazırlanmışdır. Virtual sərgidə  Azərbaycanın görkəmli şəxsiyyətlərinin muğam sənəti haqqında fikirləri, fotolar, mövzuya dair kitab və məqalələr tammətnləri ilə təqdim olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənləhttp://anl.az/el/vsb/Beynelxalq_Azerbaycan_mugami_ve_musiqisi_gunu/index.htm linkindən istifadə edə bilərlər.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

26 Avqust 2020 10:09 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
27 Yanvar 2021 | 01:29
Ənənələr bərpa edilir

Köhnə versiyamızdan xəbərləri izlə