• RUB: 0.0257
  • TRY: 0.2890
  • EUR: 1.9635
  • USD: 1.7000
  • Bakı + 17 ° C / 77

Ən son xəbərlər

Son buraxılış
Arxiv

SSRİ Xalq artisti Lütfiyar İmanovun 90 illik yubileyi barədə

SSRİ Xalq artisti Lütfiyar İmanovun 90 illik yubileyi barədə

Cari ildə Azərbaycan musiqi sənətinin istedadlı nümayəndələrindən biri, görkəmli opera müğənnisi, SSRİ Xalq artisti, “İstiqlal” ordenli, professor Lütfiyar İmanovun anadan olmasının 90 ili tamam olmuşdur.

Lütfiyar İmanov dünya vokal məktəbinin yüksək nailiyyətlərini milli musiqi ənənələri ilə ahəngdar şəkildə əlaqələndirərək Azərbaycan opera sənəti tarixinə parlaq səhifələr yazmışdır. Sənətkar səs imkanlarından məharətlə yararlanaraq obrazların mənəvi dünyasını dolğunluqla yaratmağa müvəffəq olmuşdur.

Onun tanınmış ictimai xadim və görkəmli pedaqoq kimi ölkəmizdə musiqi mədəniyyətinin tərəqqisi naminə uzun illər ərzində geniş, səmərəli və təqdirəlayiq fəaliyyəti vətənə, xalqa xidmətin bariz nümunəsidir.

Görkəmli opera müğənnisi, SSRİ Xalq artisti, “İstiqlal” ordenli, professor Lütfiyar İmanovun 90 illik yubileyi münasibətilə 2018-ci ilin 19 may tarixində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Trubadur” operası nümayiş olunmuş, 6 iyun tarixində isə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində yubiley tədbiri təşkil olunmuşdur.

Yubiley tədbirləri çərçivəsində cari ilin 19 oktyabr tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və məşhur solistlərin iştirakı ilə sənətkara həsr olunmuş yubiley gecəsi keçiriləcəkdir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

10 Oktyabr 2018 14:05 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin