Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Xəzərin dalğaları” adlı Suluboya festivalı keçiriləcək

Azərbaycan Respublikası  Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi (İWS Azerbaijan) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində  “Xəzərin dalğaları” adlı I Bakı Beynəlxalq suluboya festivalına start verilib. Festival çərçivəsində akvarel texnikasında işləyən Azərbaycanın tanınmış rəssamlarının ustad dərsləri keçiriləcək.

Festivalın növbəti ustad dərsi rəssam Fəxrəddin Qəhrəmanlının iştirakı ilə  avqustun 28-də, saat 12:00-da “Zoom” proqramı vasitəsilə baş tutacaq.

Xatırladaq ki, festival suluboya (akvarel) texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətində çalışan rəssamların yaradıcılığında Azərbaycanın təbiəti, tarixi abidələri, mədəniyyətini, həmçinin müasir inkişafını dünyaya göstərmək məqsədilə keçirilir.

Ustad dərsini Xətai Sənət Mərkəzinin  (+994) 12 490 84 51/52/53, (+994) 50 564 40 70 nömrələri  ilə əlaqə saxlayıb qeydiyyatdan keçərək “Zoom” proqramı ilə canlı yayım vasitəsilə izləmək mümükündür.

Sənətsevərlər ustad dərsini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media (facebook, instagram) hesabları vasitəsilə də izləyə bilərlər.

Səadət RZAYEVA,
“Xalq qəzeti”

25 Avqust 2020 11:17 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə