Ən son xəbərlər
İngiltərənin populyar ərəbdilli "Əl-Kəlimə" ("Söz") ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin "Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə" layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Nəriman Əbdülrəhmanlının ərəb dilinə tərcümə olunmuş "Kəpənək" əsərinin yayımına başlayıb. Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, hekayə yazıçının yaradıcılığı haqqında məlumatla təqdim edilib.
Əsəri ərəb dilinə tanınmış tərcüməçi Əhməd Sami Elaydi çevirib.
Qeyd edək ki, "Əl-Kəlimə" portalı mütəmadi olaraq səhifələrində Nəcib Məhfuz, Təvfiq əl-Həkim, Abbas əl-Aqqad kimi dünya ədəbiyyatı yazarlarının əsərlərinə yer ayırır.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə