Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Musiqi məktəbinə Oqtay Kazıminin adı verildi

Baş Nazir Əli Əsədov "Astara şəhər Uşaq Musiqi Məktəbinə Oqtay Kazıminin adının verilməsi barədə" sərəncam imzalayıb.

Sənədlə Astara şəhər Uşaq Musiqi Məktəbinə Azərbaycan musiqi sənətinin inkişafında əvəzsiz xidmətləri olan Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Xalq artisti, tanınmış bəstəkar Oqtay Məmməd oğlu Kazıminin adı verilir.

Mədəniyyət Nazirliyi və Astara Rayon İcra Hakimiyyəti bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

25 Avqust 2020 10:48 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə