Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Milli Xalça Muzeyində Ukrayna dilində audiobələdçi yaradılıb

Ukrayna Prezidentinin xanımı Yelena Zelenskayanın Ukrayna dilinin dünyada geniş yayılması və ən əlamətdar yerlərdə, o cümlədən dünyanın ən iri muzeylərində Ukrayna dilində audiobələdçilərin tətbiq edilməsi layihəsi çərçivəsində Bakı şəhərindəki Azərbaycan Milli Xalça Muzeyində Ukrayna dilində audiobələdçi yaradılıb.

Ukrayna dilində audiobələdçi Ukraynanın bütün sakinləri üçün əlamətdar bir gündə - Ukraynanın Müstəqillik Gününün ildönümü – 2020-ci il avqustun 24-də təqdim edilib.

Belə bir audiobələdçinin yaradılması haqqında razılıq 2019-cu ilin dekabr ayında, Ukrayna Prezidentinin və ölkənin birinci xanımının Azərbaycan Respublikasına səfəri çərçivəsində əldə edilib. Səfər müddətində Yelena Zelenskaya şəxsən Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib. Audibələdçinin tərcüməsi, səsləndirilməsi və muzey sisteminə inteqrasiyası üzrə işlər təqribən 8 ay davam edib.

Bu, Ukraynanın birinci xanımının təşəbbüsü ilə Ukrayna dilində yaradılmış ilk audiobələdçi deyil: 2020-ci ilin iyun ayında Avstriyanın ən iri muzeylərindən biri – Vyana şəhərindəki Albertina rəsm qalereyası da Ukrayna dilində “danışıb”. Yaxın vaxtlarda Latviya Milli Bədii Muzeyində (Riqa şəhəri), Avstriyadakı İncəsənət Tarixi Muzeyində (Vyana şəhəri), Monteneqrodakı Dəniz Muzeyində də (Kotor şəhəri) ukraynadilli audiobələdçilərin tətbiq edilməsi planlaşdırılır.

Azərbaycan Milli Xalça Muzeyi 1967-ci ilin mart ayında yaradılıb. O, uzun müddət dünyada yeganə ixtisaslaşdırılmış xalça muzeyi olub. Muzeyin kolleksiyasında 10 mindən çox eksponat - Tunc dövründən və Antik dövrdən zəmanəmizə qədər Azərbaycanın xalçaçılıq sənəti irsi, metaldan, şüşədən, keramika və ağacdan hazırlanmış bədii əsərlər, zərgərlik məmulatı və geyim əşyaları saxlanılır. 2010-cu ildə Azərbaycan xalça sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

25 Avqust 2020 10:46 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
27 Yanvar 2021 | 01:29
Ənənələr bərpa edilir

Köhnə versiyamızdan xəbərləri izlə