Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Onkologiya Mərkəzində II Bakı Endoskopik Forumu keçirilib

Milli Onkologiya Mərkəzində II Bakı Endoskopik Forumu keçirilib

Erkən diaqnostika və az invaziv müalicə metodları sahəsində ixtisaslaşmış dünya şöhrətli “Olympus” konserni ilə birgə ll Bakı Endoskopik Forumu keçirilib.

Azərbaycanın tanınmış həkim-qastroenteroloqları, onkoloqları, cərrahlar və pediatrlarının iştirak etdiyi forumda Milli Onkologiya Mərkəzinin fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına məlumat verilib.

Tədbirdə Gürcüstanın, Rusiyanın, Ukraynanın, həmçinin Azərbaycan Milli Onkologiya Mərkəzinin aparıcı həkimlərinin məruzələri dinlənilib və elmi fikir mübadiləsi aparılıb.

Forumda MOM-un əməkdaşları məruzə ilə çıxış ediblər və endoskopik əməliyyatlar iclas zalında yayımlanıb.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatında bildirilir ki, forumun sonunda iştirakçı həkimlərə müvafiq sertifikatlar təqdim edilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

10 Oktyabr 2018 13:47 - SƏHİYYƏ
SƏHİYYƏ

Ən son xəbərləri səhifəmizdən də izləyin