Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şimalı Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri ATMU-da

Şimalı Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri ATMU-da

Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov oktyabrın 8-də Şimalı Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganer ilə görüşüb.

Söhbət zamanı rektor İlham Mədətov öncə qonağa Azərbaycan Turizm və Menecment Universitetinin yaranma tarixi, ali təhsil müəssisənin hədəfləri, xarici əlaqələri, gələcək planları haqqında ətraflı məlumat verib. Eyni zamanda ATMU ilə Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən universitetlər arasında mövcud əlaqələrin möhkəmlənməsi və bu əlaqələri inkişaf etdirməyin yollarından söz açıb.

 Görüşdə, həmçinin ATMU tələbələrinin Kiprdə təcrübə – semester müddətinin təşkili, gələcək ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə olunub.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

10 Oktyabr 2018 13:10 - TƏHSİL
TƏHSİL

Ən son xəbərləri səhifəmizdən də izləyin