Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təhsil naziri Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyəti Finlandiya Respublikasında səfərdə olub

Təhsil naziri Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyəti Finlandiya Respublikasında səfərdə olub

Təhsil naziri Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyəti Finlandiya Respublikasına səfər çərçivəsində  Təhsil və Mədəniyyət Nazirliyi, Dövlət Təhsil Agentliyi, Omnia Peşə Təhsil Mərkəzi və Helsinki Universitetində görüşlər keçirib.

Təhsil və mədəniyyət naziri xanım Sanni Grahn-Laasonen ilə görüşdə Ceyhun Bayramov ölkəmizdə təhsil sahəsində son illərdə aparılan islahatlar haqqında məlumat verib, iki ölkə arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Xanım Sanni Grahn-Laasonen Finlandiya təhsilində görülən işlərdən, peşə təhsili sahəsində həyata keçirilən yeniliklərdən və islahatlardan bəhs edib.

Görüş zamanı müəllim hazırlığı, məktəblərin idarəedilməsi və məktəb rəhbərlərinin peşəkar inkişafı üzrə mümkün əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Omnia Peşə Təhsil Mərkəzində Azərbaycan nümayəndə heyətinə mərkəzin fəaliyyəti ilə bağlı məlumat verilib, peşə təhsil proqramları və yaşlıların təhsili ilə bağlı təqdimat keçirilib. Qeyd edilib ki, 38 000-dən artıq təhsilalanı əhatə edən Omnia Peşə Təhsil Mərkəzi Finlandiyanın qabaqcıl və innovasiyalar tətbiq edən təhsil müəssisələrindən biridir.

Görüş zamanı peşə təhsili ixtisaslarının təsnifatı, təhsil proqramları, məzunların fərdi inkişaf proqramları və peşə təhsilinin maliyyələşmə mexanizmləri, peşə ixtisas proqramlarının Azərbaycan təhsil sisteminə uyğunlaşdırılması və gələcəkdə tətbiqi əsas əməkdaşlıq istiqaməti kimi müzakirə edilib.

Dövlət Təhsil Agentliyində (DTA) keçirilmiş görüşdə əsasən ümumi təhsilin idarəedilməsi və məzmunu, bu istiqamətdə Finlandiya təcrübəsi xüsusi diqqət mərkəzində olub.

Helsinki Universitetində keçirilmiş görüşdə dünyanın ən qabaqcıl ali təhsil müəssisələrindən biri olan bu elm ocağının təcrübəsinin öyrənilməsi, tədris proqramları, müəllim hazırlığına konseptual yanaşma məsələləri müzakirə olunub.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

10 Oktyabr 2018 12:52 - TƏHSİL
TƏHSİL

Ən son xəbərləri səhifəmizdən də izləyin