Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlı rəssamın Estoniyada yubileyi qeyd edildi

Tallin şəhərində fəaliyyət göstərən Azәrbaycan Evində rəssam Şamil Әliyevin 80 illik yubileyi və Estoniyanın dövlət müstəqilliyinin bərqərar olması münasibətilə sərgi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, tədbirdә Azərbaycanın və Türkiyənin Estoniyadakı diplomatik korpusunun, Estoniya parlamentinin, Mədəniyyәt Nazirliyinin, Tallin şəhər bələdiyyəsinin, İnteqrasiya Fondunun nümayəndələri, müxtəlif icmaların təmsilçiləri, mədəniyyət və incәsәnət xadimləri iştirak ediblər.

Tədbirdə Estoniya–Azərbaycan Mədəniyyət Mərkәzinin sədri Niyazi Hacıyev, Azərbaycan Evinin rəhbәri Zәhra Qəhrəmanlı, mədəniyyət nazirinin müşaviri Anne-Ly Reima, Estoniya İnteqrasiya Fondunun nümayəndəsi Kristina Pirgop çıxış ediblər. Natiqlər Estoniyanın Narva şəhərində yaşayan və fəaliyyət göstərən rəssam Şamil Әliyevin həyat və yaradıcılığı barədə ətraflı mәlumat veriblər, xalqlar və mədəniyyətlər arası dialoqa töhfələrinə, eləcə də Azərbaycanın zәngin mədəniyyət vә incəsənətinin qorunub, gәnc nəslə ötürülməsində xidmətlərinə görə Estoniya mədəniyyət naziri Tonis Lukas  və Estoniya İnteqrasiya Fondunun rəhbəri İrene Kaosar adından soydaşımıza təşəkkürnamələr təqdim olunub.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

24 Avqust 2020 10:54 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə