Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aşıq sənətinə və aşığa hörmət borcumuzdur

Bu yaxınlarda Tovuzun Əlimərdanlı kəndində yaşayan Əməkdar mədəniyyət işçisi, ustad aşığımız Əli Ürfan Quliyevlə görüşmüş, səhhəti, qayğıları ilə maraqlanmışdıq.

Qarşıdan 70 illik yubileyi gələn Aşıq Əli Ürfan Quliyev 1990 -- 2002-ci illərdə Aşıq Hüseyn Bozalqanlı adına Aşıqlar Muzeyinin direktoru olub, uzun illər sənətə layiqincə xidmət edib. Aşığın 60 illik yubileyi Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Dövlət Filarmoniyasında keçirilib. O, yaşayan ən böyük aşıqlarımızdan sayılır, ifasında “Dilqəmi” və “Ruhani” saz havaları AzTV-nin “Qızıl fond”una daxil edilib. Yeni nəsil aşıqlarımızın bir neçəsi ya onun biləvasitə yetirməsidir ya da görkəmli aşığı özünə mənəvi ustad bilir, onun kamil ifalarından bəhrələnir və öyrənir. Yalnız mahir saz ifaçısı kimi deyil, epos təfəkkürlü şair-ozan olması ilə də seçilən ustadın yazdığı aşıq şeirləri dillər əzbəridir. “Qəm daşıyan dərviş oldum” şeirlər kitabı 2011-ci ildə, “Eşqsiz insanın qəlbi boş olar” kitabı isə 2018-ci ildə nəşr olunub.

Bir ildən artıqdır ağır xəstə olan, neçə ildir işsiz qalan ustad aşığın qayğılarına, istəklərinə müvafiq olaraq, artıq, Mədəniyyət Nairliyinə rəsmi məktubla müraciət etmişik. Biz belə bir müraciəti daha öncələr də göndərmiş, təəssüf ki, müsbət cavab almamışdıq. İnanırıq ki, Mədəniyyət nazirinin səlahiyyətlərini icra edən hörmətli Anar Kərimovun məsələyə reaksiyası ilə ustadın qayğı və istəklərinə operativ şəkildə baxılacaq.

Qənirə PAŞAYEVA,
Milli Məclisin Mədəniyyət komitəsinin sədri

24 Avqust 2020 10:42 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə