Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hərracda 10 dövlət əmlakına 13 sifariş verildi

Hərracda 10 dövlət əmlakına 13 sifariş verildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 9 oktyabr tarixində keçirilən hərracda 10 dövlət əmlakına 13 sifariş verilib. Bu dəfə özəlləşdirilən kiçik dövlət müəssisə və obyektlərindən 3-ü paytaxtda, 5-i isə digər şəhər və rayonlarda yerləşir.

Keçirilən hərraclarda biznes ideyasını reallaşdırmaq istəyənlər üçün uyğun imkanlar yaradılıb. Elektron hərrac sistemi vasitəsilə özəlləşdirmə prosedurlarında hər kəs vaxtına qənaət edərək iştirak edə bilər. Belə ki, evdən, ofisdən və internetin olduğu bütün məkanlardan prosesə onlayn formada qoşularaq əmlak sahibi olmaq olar.

Qeyd edək ki, komitə tərəfindən növbəti hərrac 16 oktyabr tarixində baş tutacaq. Hərraca ümumilikdə 83 dövlət əmlakı çıxarılıb. Onlardan 20-si səhmdar cəmiyyəti, 13-ü kiçik dövlət müəssisə və obyekti, 11-i qeyri-yaşayış sahəsi, 39-u isə nəqliyyat vasitəsidir. Vətəndaşlar hərraca çıxarılan hər bir dövlət əmlakı ilə komitənin rəsmi saytı (emdk.gov.az) və  Özəlləşdirmə portalında (privatization.az) tanış ola bilərlər. Hər bir dövlət əmlakı üzrə mövcud məlumat bölməsində həmin əmlakı onlayn formada sifariş vermək mümkündür.

                                                    

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

10 Oktyabr 2018 12:19 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə