• RUB: 0.0259
  • TRY: 0.3020
  • EUR: 1.9479
  • USD: 1.7000
  • Bakı + 20.9 ° C / 75%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Akademik Muxtar İmanov Türk Dünyasının Mədəniyyətinə Xidmət mükafatına layiq görülüb

Akademik Muxtar İmanov Türk Dünyasının Mədəniyyətinə Xidmət mükafatına layiq görülüb

Qırğızıstanın Karakol şəhərində "Türk xalqlarının türkcə ilk yazılı əsərləri" mövzusuna həsr edilən beynəlxalq simpozium keçirilib. Tədbir Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) himayədarlığı, Türkiyənin Hacı Bektaş Vəli Mədəniyyət Dərnəyi, Dünya Söz Akademiyası Başqanlığı və Qırğızıstanın İssık-Kul Dövlət Universitetinin təşkilatçılığı ilə baş tutub.

www.science.gov.az saytı yazırki, Türkiyə, Qırğızıstan, Qazaxıstan və Özbəkistandan alimlərin iştirak etdiyi konfransda ölkəmizi AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov və müəssisənin Beynəlxalq və ictimai əlaqələr şöbəsinin müdiri Əli Şamil təmsil edirlər. M.İmanov "Dədə Qorqud" boylarında iki motivin ritual-mifoloji kökləri", Əli Şamil isə "Qutadqu-bilik"in Azərbaycanda tanıdılmasında və Avropa metodları ilə araşdırılmasında Əmin Abidin rolu" mövzusunda məruzə ilə çıxış ediblər.

M.İmanov, simpozium çərçivəsində TİKA tərəfindən Türk Dünyasının Mədəniyyətinə Xidmət mükafatına layiq görülüb.

Tədbirdə, həmçinin "Türk xalqlarında Kut-tanrı və onun "Qutadqu-bilik"də yeri", "Mahmud Kaşqarinin "Divan"ı və türk xalqlarının müasir dilləri", "Doğu türk dilinin və folklorunun retrospektivi: "Qutadqu-bilik" və "Nur" dastanı", "Ətabətül-həqayiq"də epitetlər" və digər mövzularda məruzələr dinlənilib.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

10 Oktyabr 2018 12:16 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin