Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qazaxıstana təşkil olunan ixrac missiyası başa çatıb

Qazaxıstana təşkil olunan  ixrac  missiyası başa çatıb

“Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə  Qazaxıstana təşkil edilmiş ixrac missiyası başa çatıb. İxrac missiyası çərçivəsində Azərbaycan sahibkarları ilə Qazaxıstan şirkətlərinin nümayəndələri arasında  ikitərəfli görüşlər keçirilib, ixrac  məsələləri müzakirə olunub.

İnşaat və tikinti materiallarının, qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 29 şirkətin iştirak etdiyi ixrac missiyası çərçivəsində Azərbaycanın “Şərq ulduzu”  və “Merit Brand” şirkətləri Qazaxıstan şirkəti ilə spirtli içkilərin ixracına dair razılığa gəliblər. “Gilan Holding” Qazaxıstanın “Furkan” supermarketlər şəbəkəsinə doğranmış kartofun və  “Mia” alqokolsuz içkisinin satışına dair razılıq əldə edib. Qazaxıstana təşkil edilmiş ixrac missiyasına daxil olan “Azersun Holdinq” məhsullarının ixracına dair Qazaxıstanın ”İPE Haldakov” ,”Rokos” ,”Taks” ,”Firkan” şirkətləri danışıqlar aparıb.

Qeyd edək ki, 30 sentyabr- 5 oktyabr tarixlərini əhatə edən ixrac missiyası Qazaxıstanın Almatı və Şimkent şəhərlərinə təşkil edilmişdi.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti"

10 Oktyabr 2018 12:06 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə