Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Basketbolçulardan ibarət komandalar arasında “Təhsil Liqaları”na start verilib

Basketbolçulardan ibarət komandalar arasında “Təhsil Liqaları”na start verilib

Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin İdman Kompleksində 2018-2019-cu il mövsümü üzrə “Təhsil Liqaları”na start verilib.

13 yaşadək (U-13) və 15 yaşadək (U-15) basketbolçulardan ibarət komandalar arasında keçirilən “Təhsil Liqaları”nın məqsədi yaş qrupları üzrə perspektivli basketbolçuların aşkar edilməsi, onların oyun təcrübəsinin artırılması və yığma komandaların müəyyənləşdirilməsindən ibarətdir.

Qeyd edək ki, hər iki yaş qrupu üzrə liqalarda idman məktəblərinin, müxtəlif idman təşkilatlarının 24 komandası mübarizə aparır. İki dövrədən ibarət olan liqaların oyunları 2019-ci il iyun ayında başa çatacaq. Mövsümün sonunda liqalar üzrə I, II və III yeri tutan komandalar diplom, kubok, medallarla mükafatlandırılacaq, müxtəlif nominasiyalar üzrə seçiləcək basketbolçular xüsusi mükafatlarla təltif olunacaqlar.

      

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

10 Oktyabr 2018 11:40 - İDMAN
İDMAN
14 İyun 2019 | 23:29
Maradona istefa verib
14 İyun 2019 | 00:40
Transferlərə rekord ödəniş
12 İyun 2019 | 22:18
Ən çox qazanan idmançı
10 İyun 2019 | 19:05
Saviç üçün 100 milyon avro
8 İyun 2019 | 22:10
Eden Hazard “Real”da
7 İyun 2019 | 22:45
Klub satılır

Köhnə versiyamızdan xəbərləri izlə