Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Teatrşünasla növbəti görüş...

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tanınmış teatrşünas-tənqidçi Anar Burcəliyevi növbəti dəfə qəbul edib. Görüşdə Anar Burcəliyev Milli Məclisin deputatı və Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya növbəti səmimi qəbul üçün və eləcə də Gəncədən olan bütün müraciətlərə xüsusilə ötən ay tanınmış bəstəkar Qənbər Hüseynlinin məzarının yerinin dəyişdirilməsi məsələsinə həssaslıqla yanaşdığı üçün Gəncə ziyalıları adından dərin təşəkkürünü və minnətdarlığını bildirib.

Mədəniyyət beşiyi olan qədim Gəncənin tarixi abidələri bugünki vəziyyəti və onların qorunması eləcə də yenidən rekonstuksiya məsələləri Mədəniyyət Komitəsinin sədri ilə geniş şəkildə müzakirə edilib.

Görüşdə Qənirə Paşayeva Anar Bürcəliyevin mədəniyyətimizin inkişafı ilə bağlı gördüyü işləri, xüsusilə teatr sahəsindəki elmi və ictimai fəaliyyətinin təqdirəlayiq olduğunu vurğulayıb. Qənirə Paşayeva teatrşünas-tənqidçi Anar Burcəliyevə gələçək işlərində uğurlar diləyib və Milli Məclisin Mədəniyyət komitəsi olaraq bu sahədə aparılan təbliğat və təşviqat sahəsində atılan bütün addımlarda uğurlu layihələri dəstəklədiyini bildirib.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

22 Avqust 2020 12:35 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə