Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Regionlarda maarifləndirmə və sorğu” layihəsi çərçivəsində görüş keçiriləcək

“Regionlarda maarifləndirmə və sorğu” layihəsi çərçivəsində görüş keçiriləcək

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti “Regionlarda maarifləndirmə və sorğu” layihəsini davam etdirir. “Aqrolizinq”in bir qrup rəhbər işçiləri bu layihə çərçivəsində oktyabrın 13-də Ağcabədi rayonunda sakinlərlə görüş keçirəcəklər. Saat 11:00-da Bayraq Muzeyində keçiriləcək görüşdə Ağcabədi, Zərdab, Beyləqan, Xocavənd, Füzuli, Bərdə, Ağdam və Tərtər rayonlarının sakinləri iştirak edəcəklər.

Görüşün əsas məqsədi “Aqrolizinq” ASC tərəfindən göstərilən xidmətlər və lizinq qaydalarına dair vətəndaşların maarifləndirilməsi, həmçinin mövcud problemlərin dinlənilməsi və onların həll edilməsidir.

Görüşdə iştirak etmək istəyənlər Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinə (+94450 318-88-76) müraciət edə bilərlər. 

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”
  

10 Oktyabr 2018 11:20 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə