• RUB: 0.0257
  • TRY: 0.2890
  • EUR: 1.9635
  • USD: 1.7000
  • Bakı + 17 ° C / 77

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Əlyazmalar yanmır” və “Elmi əsərlər” jurnallarının yeni nömrələri nəşr olunub

“Əlyazmalar yanmır” və “Elmi əsərlər” jurnallarının yeni nömrələri nəşr olunub

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən “Əlyazmalar yanmır” və “Elmi əsərlər” jurnallarının növbəti nömrələri çap olunub. www.science.gov.az saytı yazır ki, jurnalların yeni nömrələrində ədəbiyyatşünaslıq, dilçilik, mətnşünaslıq, mənbəşünaslıq, kitabxanaşünaslıq, kitabşünaslıq kimi sahələr üzrə bir sıra məqalələr dərc edilib.

Bundan əlavə, AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Teymur Kərimlinin “Xətlərin izi ilə: Azərbaycanın görkəmli şəxslərinin avtoqraf və epistolyar irsinin axtarışında”, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərlinin “Divani-lüğət-it-türk” Azərbaycan folklor kitabının qaynaqlarından biri kimi”, filologiya elmləri doktoru Paşa Kərimovun “Yusif haqqında ilk türk dastanı” sərlövhəli yazıları işıq üzü görüb.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

10 Oktyabr 2018 11:12 - ELM
ELM

Ən son xəbərləri səhifəmizdən də izləyin