Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məryəm Seyidbəyli: "Atama verilən bu dəyər məni çox sevindirdi"

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev avqustun 19-da Azərbaycan mədəniyyətinin tanınmış nümayəndəsi, kinodramaturq, rejissor və ssenarist, Xalq artisti Həsən Seyidbəylinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı AMEA Elm Tarixi İnstitutunun direktoru Məryəm Seyidbəyli bildirib ki, cənab Prezidentin bu sərəncamı onu çox sevindirib: “Atamın 100 illiyinin yüksək səviyyədə keçiriləcəyi məni çox məmnun etdi. Hazırda atamın 100 illiyi ilə bağlı hansı tədbirlərin keçiriləcəyini dəqiq bilmirəm. Yəqin ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyi tərəfindən tədbirlər keçiriləcək. Amma biz istəyirik ki, Milli Elmlər Akademiyasında da tədbir keçirək. Atama göstərilən bu yüksək dəyərə görə cənab Prezidentə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkür edirəm”.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

21 Avqust 2020 11:21 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
27 Yanvar 2021 | 01:29
Ənənələr bərpa edilir

Köhnə versiyamızdan xəbərləri izlə