Ən son xəbərlər
Avqustun 21-i görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, akademik Bəkir Nəbiyevin anadan olmasının 90 illiyi tamam olur. Bu münasibətlə Azərbaycan Milli Kitabxanası tərəfindən akademikin həyat və fəaliyyətinə dair hazırlanan “Akademik Bəkir Nəbiyev” adlı sərgi virtual rejimdə təqdim olunmuşdur. Virtual sərgidə akademikin fəaliyyəti ilə bağlı rəsmi sənədlər, fotolar, müəllifi, tərtib, tərcümə və redaktoru olduğu kitablar, haqqında yazılan kitab və məqalələr təqdim olunur.
http://anl.az/el/vsb/Bekir_Nebiyev/index.htm linkindən istifadə edə bilərlər.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə