Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 431 Bakı şəhəri, 9 oktyabr 2018-ci il
 
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1227-VQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi ­haqqında
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1227-VQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 180 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 267; 2001, № 1, maddə 70, № 7, maddə 512; 2003, № 8, maddə 460; 2005, № 9, maddə 855, № 11, maddə 1061; 2007, № 10, maddə 1013; 2008, № 2, maddə 116; 2010, № 8, maddə 764; 2011, № 8, maddə 781, № 9, maddə 852; 2012, № 9, maddə 922; 2013, № 3, maddə 344; 2014, № 8, maddə 1011, № 10, maddə 1301; 2017, № 6, maddə 1218; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 sentyabr tarixli 390 nömrəli qərarı) ilə təsdiq edilmiş “Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət uçotunun aparılması, məlumat uçotlarının istifadəsi və hesabat məlumatlarının formalaşdırılması Qaydaları”nın 2.2-ci bəndində “və digər orqanlar” sözləri “, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 11 avqust tarixli 128 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 524; 2004, № 4, maddə 296) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının Əsasnaməsi”nin 3-cü hissəsinin onuncu abzasında “icra hakimiyyəti orqanlarının” sözləri “yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində iştirak edən orqanların (qurumların)” sözləri ilə əvəz edilsin. 
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 7 fevral tarixli 16 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 115; 2002, № 11, maddə 675; 2003, № 8, maddə 460; 2005, № 1, maddə 49; 2006, № 9, maddə 822; 2008, № 2, maddə 130, № 5, maddə 432; 2015, № 5, maddə 652, № 8, maddə 961; 2016, № 9, maddə 1554; 2017, № 8, maddə 1600; 2018, № 5, maddə 1105) ilə təsdiq edilmiş “Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.15-ci bənddə “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında” sözləri “Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi orqandan (qurumdan)” sözləri ilə əvəz edilsin;
3.2. 1.15-ci bəndin Qeyd hissəsində “müvafiq icra hakimiyyəti orqanlarının” sözləri “orqanların (qurumların)” sözləri ilə əvəz edilsin və həmin hissəyə “Daxili İşlər Nazirliyi,” sözlərindən sonra “Bakı Nəqliyyat Agentliyi (Bakı şəhərinin inzibati ərazisində),” sözləri əlavə edilsin.
4. “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 319; 2004, № 1, maddə 51, № 7, maddə 589, № 11, maddə 970; 2005, № 7, maddə 677; 2006, № 9, maddə 830; 2007, № 5, maddə 544; 2008, № 2, maddə 124; 2009, № 11, maddə 937; 2010, № 4, maddə 359; 2011, № 12, maddə 1260; 2014, № 4, maddə 460, № 5, maddələr 565, 593; 2016, № 6, maddə 1212; 2017, № 9, maddələr 1738, 1763) 1.4-cü bəndinin birinci cümləsində “və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi” sözləri “, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 5 iyul tarixli 171 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 869; 2014, № 10, maddə 1302) ilə təsdiq edilmiş “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə Qaydaları”nın 2.7-ci bəndinin birinci cümləsinə “yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi” sözlərindən sonra “və avtomobil yollarından istifadə” sözləri əlavə edilsin.
 
Novruz MƏMMƏDOV 
Azərbaycan Respublikasının Baş naziri
10 Oktyabr 2018 08:02 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Ən son xəbərləri səhifəmizdən də izləyin