• RUB: 0.0259
  • TRY: 0.3020
  • EUR: 1.9479
  • USD: 1.7000
  • Bakı + 21.4 ° C / 70%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

2022-ci ildə Yeniyetmələrin Yay Olimpiadası Seneqalda keçiriləcək

2022-ci ildə Yeniyetmələrin Yay Olimpiadası Seneqalda keçiriləcək

Belarus Teleqraf Agentliyi (BELTA) “Sinxua” agentliyinə istinadla bildirir ki, 2022-ci ildə Yeniyetmələrin Yay Olimpiya Oyunlarına Seneqal ev sahibliyi edəcək. Bu barədə qərar Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmiş 133-cü sessiyasında qəbul edilmişdir.
Seneqal olimpiya səviyyəli idman tədbirinin iştirakçılarını qəbil edəcək ilk Afrika ölkəsi olacaq. Yeniyetmələrin IV Yay Olimpiya Oyunları 2022-ci ilin may-iyun aylarında Seneqalın paytaxtı Dakarda keçiriləcək.
Əlavə edək ki, hazırda Buenos-Ayresdə üçüncü olimpiadanın medalları oynanılır. Yeniyetmələrin ilk iki Yay Olimpiya Oyunları isə 2010 və 2014-cü illərdə müvafiq surətdə Sinqapur və Çin Xalq Respublikasında təşkil olunmuşdur.

O.BAYRAMOV, “Xalq qəzeti”

9 Oktyabr 2018 23:21 - İDMAN
İDMAN
19 Oktyabr 2018 | 17:11
İkinci dövrə starta çıxır
19 Oktyabr 2018 | 17:07
Medallara 400-dək iddiaçı
18 Oktyabr 2018 | 22:45
Mbappe “Qızıl top”a layiqdir
18 Oktyabr 2018 | 16:34
Uğurlu 6-cı tur
18 Oktyabr 2018 | 16:31
Dostlar fəxri kürsüdə
17 Oktyabr 2018 | 21:34
Messi olmasa...

Ən son xəbərləri səhifəmizdən də izləyin