Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu malların (işlərin və xidmətlərin) satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu malların (işlərin və xidmətlərin) satınalınması məqsədilə AÇIQ  TENDER  ELAN  EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot-1. Digər maşın və avadanlıqlar xərc maddəsi üzrə malların satınalınması.
Maraqlananlar lot üçün 30(otuz) manat məbləğdə tenderdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu ala bilərlər:
Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu
VÖEN:1300189261 
Bank: DXA
VÖEN: 1401555071
Kod:210005
M/h:AZ41NABZ01360100000000003944
SWIFT:CTREAZ22
H/h:AZ44CTRE 00000000000004138416
Fond-3, Büdcə təsnifatı kodu-142319
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Malgöndərənlər (podratçılar) iddiaçı statusu qazanmaq üçün açağıdakı sənədləri rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- tender təklifi (zərflər açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 2 faizi həcmində təklifin bank təminatı (zərflər açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər;
- malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitlər;
- malgöndərənin (podratçının) ixtisas göstəricilərinə dair məlumat;
- malgöndərənin (podratçının) son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- son bir ildəki maliyyə fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş bəyannamənin surəti;
- sənədlər təqdim olunan tarixə DSMF-yə verilmiş hesabatın surəti və DSMF-yə borcun olub-olmaması barədə arayış;
- məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə məlumat;
- son bir ildə yerinə yetirilmiş analoji işlər barədə ətraflı məlumat.
Malgöndərənlər (podratçılar) 1-ci, 2-ci və 5-ci bəndlərdə qeyd olunan sənədləri 26 sentyabr 2018-ci il saat 17 .00-dək tender komissiyasına təqdim etməlidirlər.
Tenderlə əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxs S.Məmmədova (telefon 012-537-22-91) müraciət edə bilərlər.
İddiaçılar tender təklifini və təklifin bank təminatını imzalanmış, möhürlənmiş, ikiqat ­bağlanmış zərfdə 5 oktyabr 2018-ci il saat ­
17.00 -dək Bakı şəhəri, H.Cavid prospekti 119 nömrəli ünvanda yerləşən AMEA Geologiya və Geofizika İnstitutunun tender komissiyanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 11 oktyabr 2018-ci il saat 11.00-da AMEA Geologiya və Geofizika İnstitutunun kiçik iclas zalında açılacaqdır.
Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun keçiriləçəkdir. 

Tender komissiyası

9 Oktyabr 2018 23:20 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
12 Dekabr 2018 | 22:45
B İ L D İ R İ Ş
12 Dekabr 2018 | 12:02
B İ L D İ R İ Ş
12 Dekabr 2018 | 12:01
B İ L D İ R İ Ş

Ən son xəbərləri səhifəmizdən də izləyin