Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Dövlət Neft Fondu aşağıdakı lotlar üzrə kotirovka sorğusu elan edir

Azərbaycan Respublikasının Dövlət Neft Fondu aşağıdakı lotlar üzrə kotirovka sorğusu elan edir

Lot -1. Ümumi təyinatlı (inzibati işçilər üçün) işçi geyimlərinin satınalınması.
Lot – 2. Xüsusi təyinatlı işçi geyimlərinin satınalınması.
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 18 oktyabr 2018-ci il saat 18.00-dan gec olmamaq şərtilə Bakı şəhəri, Heydər Əliyev prospekti 165 nömrəli ünvana təqdim etməlidirlər. Təklif olunan qiymət kotirovkalarında malların (işlərin və xidmətlərin) qiymət dəyərindən başqa bütün vergi və rüsumlar, nəqliyyat və digər xərclər göstərilməlidir.
Hər bir iddiaçı yalnız bir qiymət kotirovkası təqdim edə bilər və onun öz kotirovkasını dəyişməsinə icazə verilmir. 
Göstərilən müddətdən gec təqdim edilən kotirovka təklifləri tender komissiyası tərəfindən qəbul olunmur və açılmadan geri qaytarılacaqdır.
Tələb olunan mallara (işlərə və xidmətlərə) ən aşağı qiymət kotirovkası təqdim etmiş iddiaçı ilə satınalma müqaviləsi bağlanacaqdır.
 Kotirovka təklifləri Bakı şəhəri, Heydər Əliyev prospekti 165 nömrəli ünvanda 19 oktyabr 2018-ci il saat 11.00-da açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.
Kotirovka sorğusu ilə əlaqədar suallar [email protected] ünvanlı elektron poçta göndərilə bilər. Əlaqə telefonu: (+994 12) 498 77 53 əlaqələndirici şəxs lot -1 üzrə Əli Rzayev (dax.: 1005), lot - 2 üzrə Nailə Məmmədli (dax.: 9005), hüquqi məsələlər üzrə Fatimə Səlimli (dax.: 8025)

Tender komissiyası

9 Oktyabr 2018 23:18 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
12 Dekabr 2018 | 22:45
B İ L D İ R İ Ş
12 Dekabr 2018 | 12:02
B İ L D İ R İ Ş
12 Dekabr 2018 | 12:01
B İ L D İ R İ Ş

Ən son xəbərləri səhifəmizdən də izləyin