Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

27 yaşlı «Qızıl Əllər»

Bu gün, avqustun 14-də düz 27 ildir ki, bu müəssisə yaradılıb. Onun yaradıcısı isə Gəncədə sayılıb seçilən ziyalı qadınlarımızdan olan Zemfira Ağayevadır. Zemfira xanım az qala ömrünün yarısını bu işə sərf edib.

İndiyədək minlərlə gəncə peşə öyrədib, müxtəlif kurslar vasitəsilə rəqs etməyi, rəsm çəkməyi, digər maraqlı vərdişləri yiyələndirib, yeni istedadlar üzə çıxarıb. Zemfira Ağayevanın maraqlı bir fikri var. Deyir ki, «bu günün sənətkarı sabahın sahibkarıdır». Məlumat üçün qeyd edək ki, o, özü qadın sahibkarlar ittifaqının sədridir.
Bəli, MM "Qızıl Əllər" Tədris Müəssisəsinin kollektivi başda Zemfira xanım Ağayeva olmaqla işinin əsl peşəkarıdır. Kollektiv üzvləri deyirlər ki, bizim ən böyük uğurumuz tələbələrimizin uğurudur. Çünki, biz hər il yüzlərlə tələbə məzun edirik və onlar artıq seçdikləri peşənin mütəxəsisidirlər. Deməli, tələbələrimiz bizim ən böyük təmsilçilərimizdir.
 
Hamlet Qasımov,
«Xalq qəzeti»nin bölgə müxbiri
14 Avqust 2020 15:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Oktyabr 2020 | 10:58
Kino kimi bir həyat yaşadı

Köhnə versiyamızdan xəbərləri izlə