Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AHİK sədri qurumun pandemiya ilə mübarizəyə dəstəyi barədə jurnalistlərə məlumat verib

Avqustun 14-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev “Koronavirus pandemiyası dövründə AHİK tərəfindən həyata keçirilən tədbirlər” mövzusunda mətbuat konfransı keçirib.

AHİK-in mətbuat xidmətinin bu barədə açıqlamasında bildirilir ki, qurumun rəhbəri ölkəmizin ağrılı problemlərinin həllinə həmkarlar ittifaqlarının son vaxtlarda göstərdiyi fəal dəstək barədə media təmsilçilərinə ətraflı məlumat verib. Səttar Möhbalıyev qeyd edib ki, avqustun 6-da keçirilən videomüşavirədə Prezident İlham Əliyev göstərdi ki, dövlətimiz bəşəriyyətin başı üstünü almış COVID-lə mübarizədə elə ilk gündən düzgün qərarlar qəbul etmiş, daxili imkanlardan bacarıqla bəhrələnərək vəziyyəti nəzarətdə saxlaya bilmişdir. Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə qədər bu müsbət dinamika göstərir ki, bütün tədbirlər vaxtında görülmüşdür: “İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır”.

Həmkarlar ittifaqları Prezident İlham Əliyevin  xalqın sağlamlığı və xoş güzəranı ilə əlaqədar atdığı bütün addımları, dövlətimizin başçısının insanların rifahı naminə göstərdiyi müstəsna fəaliyyəti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sınaq günlərində xalqa müraciətini, “Instaqram” səhifəsində etdiyi səmimi paylaşımları  insanlara mənəvi dəstəyin parlaq nümünələri kimi yüksək qiymətləndirir.

Konfederasiya sədri daha sonra bildirib ki, pandemiya ilə mübarizədə həmkarlar ittifaqları da yaxından iştirak etmişdir. Koronavirus infeksiyasının aradan qaldırılmasına yardımçı olmaq üçün AHİK və üzv təşkilatlar bütün imkanlarını səfərbər edərək zəruri dəstək addımları  atmışdır. Pandemiya dövründə işçilərin əmək hüquqlarının qorunması və müdafiəsi həmkarlar ittifaqı tərəfindən diqqət mərkəzində saxlanılmışdır.

COVID-19 infeksiyasının ölkəmizdə daha geniş yayılmasının qarşısının alınması məqsədilə elan olunmuş xüsusi karantin rejimi dövründə həmkarlar ittifaqları öz imkanları daxilində Qarabağ müharibəsi iştirakçılarına, şəhid ailələrinə, tənha yaşayan şəxslərə və aztəminatlı ailələrə dəfələrlə maddi dəstək göstərmişdir: “Ümumilikdə, AHİK-ə daxil olan komitə və təşkilatlar koronavirusla mübarizədə  dövlətin həyata keçirdiyi  tədbirlərə dəstək məqsədilə 4 milyon 204  manatdan çox vəsait xərclənmişdir. Bundan əlavə, 2016-cı il Aprel və 2020-ci il İyul döyüşlərində şəhid olmuş 23 hərbi qulluqçunun 41 nəfər azyaşlı uşaqlarının himayəyə götürülməsi və hər bir uşağa  18 yaşına çatana kimi ayda 150 manat məbləğində yardım edilməsi qərara alınmışdır”.

Səttar  Möhbalıyev axırda bildirib ki, AHİK bundan sonra da Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərar və göstərişlər əsasında quracaq. Həmkarlar ittifaqları işçilərin sosial-iqtisadi hüquqlarının qorunmasına, bu sahədə onların sosial problemlərinin həllinə, məşğulluq məsələlərinə diqqəti bir daha artıracaq.

Mətbuat konfransında AHİK sədri jurnalistləri maraqlandıran suallara da cavab verib.

R.TAHİR,

“Xalq qəzeti”

 

 

14 Avqust 2020 14:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Oktyabr 2020 | 10:58
Kino kimi bir həyat yaşadı

Köhnə versiyamızdan xəbərləri izlə