Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlı alim Türk Dil Qurumunun müxbir üzvü seçilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli Türk Dil Qurumunun müxbir üzvü seçilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar Türk Dil Qurumunun rəhbəri, professor Gürer Gülsevin Baba Məhərrəmliyə təbrik məktubu ünvanlayıb.

Qeyd edək ki, Baba Məhərrəmli 150-dən çox elmi məqalənin, 4 monoqrafiyanın müəllifi, “Türk dillərinin tаriхi-müqаyisəli lеksikоlоgiyаsı məsələləri” (I cild, Bаkı, 2004; II cild, Bаkı, 2008, III cild, 2012) kitаblаrının həmmüəlliflərindən biridir. Alim indiyə qədər Türkiyədə, Polşada, Macarıstanda, Rumıniyada keçirilən nüfuzlu beynəlxalq türkoloji konfranslarda Azərbaycanı yüksək səviyyədə təmsil edib. Onun araşdırmaları türk dillərinin kök sözlərinə, etimologiyasına, leksik-semantik sisteminə və morfonologiyasına həsr olunub.

14 Avqust 2020 14:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Oktyabr 2020 | 10:58
Kino kimi bir həyat yaşadı

Köhnə versiyamızdan xəbərləri izlə