Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müəllimlərin işə qəbulu imtahanlarında “Bir” tələbə-könüllü dəstəyi

Müəllimlərinin işə qəbulu üzrə müsabiqənin Bakı və Sumqayıt şəhərlərində keçiriləcək test mərhələsinin təşkilində könüllü olmaq üçün 400-dən çox tələbə müraciət edib.

Təhsil Nazirliyindən bildirilib ki, sosial izolyasiya qaydalarına uyğun olaraq, müsabiqədə iştirak edəcək tələbə-könüllülərin seçimi onlayn müsahibələr vasitəsilə baş tutub. İlkin seçim mərhələsindən sonra keçirilən müsahibələrdə iştirak edən 189 nəfərdən 66-sı tədbirdə nəzarətçi qismində iştirak hüququ əldə edib.

Həmçinin müsabiqənin test mərhələsində fəaliyyət göstərəcək tələbə-könüllülərə nümayəndələr tərəfindən təlimlər keçirilib. Təlimlər onlayn şəkildə müsabiqənin təşkilatçıları və “Bir” tələbə-könüllü proqramının koordinatorları tərəfindən keçirilib.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə test imtahanlarının təşkilində hər il Təhsil Nazirliyinin tələbə-könüllüləri fəaliyyət göstərir.

 

"Xalq qəzeti"

14 Avqust 2020 14:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Oktyabr 2020 | 10:58
Kino kimi bir həyat yaşadı

Köhnə versiyamızdan xəbərləri izlə