Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rəssam Cəlal Ağayev “Xəzərin dalğaları” festivalı çərçivəsində ustad dərsləri keçəcək

Bu gün “Xəzərin dalğaları” birinci Bakı Beynəlxalq Suluboya Festivalı çərçivəsində rəssam Cəlal Ağayevin ustad dərsləri keçiriləcək.

Bu barədə Dövlət Rəsm Qalereyasından bildirilib. Festivalın ilk ustad dərsi saat 12:00-da “Zoom” proqramı üzərindən reallaşacaq.

Ustad dərsini Xətai Sənət Mərkəzinin (+994) 12 490 84 51/52/53, (+994) 50 564 40 70 nömrələri ilə əlaqə saxlayıb qeydiyyatdan keçərək “Zoom” proqramı üzərindən canlı yayım vasitəsilə izləmək mümkündür.

Sənətsevərlər ustad dərsini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media (“Facebook”, “Instagram”) hesabları vasitəsilə də izləyə bilərlər.

Qeyd edək ki, festival Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi (İWS Azerbaijan) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində təşkil olunub. Xatırladaq ki, festival suluboya (akvarel) texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətində çalışan rəssamların yaradıcılığında Azərbaycanın təbiəti, tarixi abidələri, mədəniyyətini, həmçinin müasir inkişafını dünyaya göstərmək məqsədilə keçirilir.

 

Əfsanə BAYRAMQIZI,
"Xalq qəzeti"

 

14 Avqust 2020 11:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Sentyabr 2020 | 14:01
Erməni xisləti və siyasəti...

Köhnə versiyamızdan xəbərləri izlə