Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nazir koronavirusa yoluxub

Meksikanın Energetika naziri Rosio Nale koronavirusa yoluxub. Bu barədə Medicina az. saytı xəbər yayıb. Xəbərdə deyilir ki, xəstələnməsi ilə bağlı nazir özü, tvitterdə məlumat verib:

“Mən COVID-19-a yoluxduğum üçün özünütəcrid rejimindəyəm. Evdən işləyirəm. Xoşbəxtlikdən, özümü yaxşı hiss edirəm, məndə simptomlar yoxdur, tövsiyə olunmuş müalicə alıram”, - nazir yazıb.

    Qeyd edək ki, daha əvvəl Meksika hökumətinin bir sıra üzvü, o cümlədən Maliyyə və Dövlət Krediti naziri Arturo Errera da koronavirusa yoluxmuşdu. Onlar hamısı sağalıb və xidməti vəzifələrinin icrasına dönüb.

    İndiyədək, rəsmi məlumatlara əsasən, Meksikada 498 380 nəfər koronavirusa yoluxub, 54 666 xəstə vəfat edib.

                                                                                      
Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

14 Avqust 2020 11:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Sentyabr 2020 | 14:01
Erməni xisləti və siyasəti...

Köhnə versiyamızdan xəbərləri izlə