Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

O, hind mahnılarının mahir ifaçısı kimi tanındı...

 Azərbaycan Respublikasının Xalq artisti Elmira Allahverdi qızı Rəhimova (13.08.1941, Bakı) Azərbaycan Dövlət Musiqi Texnikumunu (1965), Azərbaycan Dövlət Dillər Universitetini (keçmiş ADDİ; 1970), bitirib.

XX yüzilin 50-ci illərindən başlayaraq onillər ərzində Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Teleradio Verilişləri Şirkətinin solisti olub.

    50-ci illərin sonunda hind mahnılarının ifaçısı kimi tanınıb, Hindistanın o vaxtkı Baş naziri Cəvahirləl Nehrunun dəvəti ilə iki dəfə (1957--59, 1961) Hindistanda olub, hind mahnı və rəqslərini bilavasitə öyrənib.

      E.Rəhimovanın Hindistanda açıq səma altında oxuduğu (bəstəsi Qənbər Hüseynliyə aid “Cücələrim” mahnısı sürəkli alqışlarla qarşılanıb, 30 minlik hind tamaşaçısı mahnını xorla oxuyub və sonra müğənnidən həmin mahnını bir daha ifa etməsini xahiş ediblər.

     Xalq artisti Hindistan da daxil olmaqla, 60-dan çox ölkədə yaddaqalan konsert proqramları ilə çıxış edib. E.Rəhimova Azərbaycan bəstəkarlarının mahnılarını özünəxas ustalıqla ifa edib. Onun ifasında “Tələbəlik illəri”, “Sən yadıma düşəndə”, “Mən anayam”, “Yenə sənsiz bu axşam”, “Ana laylası”, “Həyat, söylə, sən kiminsən”, "Dənizi hədiyyə verirəm sənə", “Dinlə məni, sevgilim” və b. mahnılar dillər əzbəri olub.

     Görkəmli müğənni sovet dönəmində Azərbaycan Ali Sovetinin “Fəxri fərmanı”na (24.02.1979), Müstəqillik illərində isə Xalq artisti fəxri adına (27.10.2000) layiq görülüb.

    Hörmətli sənətkarımıza möhkəm can sağlığı, yeni sənət uğurları arzulayır, bir daha doğum gününü təbrik edirik!

 

Qənirə PAŞAYEVA,
Milli Məclisin Mədəniyyət komitəsinin sədri

 

14 Avqust 2020 10:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Sentyabr 2020 | 14:01
Erməni xisləti və siyasəti...

Köhnə versiyamızdan xəbərləri izlə