Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

81 yaşlı Parkinson xəstəsi koronavirusa qalib gəlib

Koronavirusa yoluxma və ölüm hallarının sayının azaldığı bir dövrdə ATU Tədris Terapevtik Klinikasının virusla mübarizədə əldə etdiyi daha bir uğuru qeyd etmək yerinə düşər. Bu barədə Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən  məlumat veriblər.

Bildirilib ki, 81 yaşlı Nəriman Məşədiyevdə koronavirus testi pozitiv çıxanda artıq yaxınları bunun yaxşı nəticələnməyəcəyini düşünürdülər. Çünki, ahıl yaşda olan N.Məşədiyevin həm də Parkinson xəstəsi olması onun durumunu daha da ağırlaşdırmışdı.

Xəstə iyulun 17-də ATU-nun Tədris Terapevtik Klinikasının reanimasiya şöbəsinə daxil olub. İlk günlər onun vəziyyəti çox ağır olub. Lakin klinikanın fədakar personalının səyi ilə 81 yaşlı xəstəni tam sağlatmaq mümkün olub.

  Arıtq N.Məşədiyev koronavirusa qalib gələrək klinikadan evə buraxılıb. Heç kəsin gözləmədiyi halda, Allahın köməyi və klinikanın həkimlərinin böyük səyi nəticəsində koronavirusa yoluxmuş Nəriman Məşədiyev xəstəliyə tamamilə qalib gəlib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti

14 Avqust 2020 10:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Sentyabr 2020 | 14:01
Erməni xisləti və siyasəti...

Köhnə versiyamızdan xəbərləri izlə