Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qardaş Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir

Azərbaycanın qardaş Türkiyə ilə dostluq və qardaşlıq əlaqələrini heç bir qüvvə poza bilməz.  İki ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişafı dövlət başçılarının, eləcə də hökümət nümayəndələrinin qarşılıqlı səfərlərində özünü büruzə verir. Azərbaycanın yeni xarici işlər naziri Ceyhun Bayramovun ilk rəsmi səfərini məhz qardaş Türkiyəyə etməsi döstluq münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir. Milli Məclisin deputatı,  parlamentin AŞPA- dakı nümayəndə heyətinin üzvü Könül Nurullayeva bu barədə  Türkiyə mediasına verdiyi açıqlamada bildirib ki, dövlət başçılarımızın da hər zaman  xüsusi vurğuladığı  kimi, Azərbaycanla Türkiyə arasında hər hansı bir sıxıntı müzakirə mövzusu ola bilməz.

Məqalədə qeyd edilir ki, biz, eyni zamanda, bütün beynəlxalq təşkilatlar çərçivəsində də vahid mövqedən çıxış edirik. Azərbaycan Prezidenti İlham Əliyevin də hər zaman vurğuladığı kimi, biz BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər təşkilatlarda fəal iş birliyi aparmaqla bir-birimizin gücünü artırırıq. Azərbaycanın xarici işlər naziri C.Bayramovun ilk rəsmi səfərini qardaş ölkəyə etməsinə gəlincə, bu, yüksək səviyyəli münasibətlərin növbəti nümunəsidir. Nazirlər arasında baş tutan görüşdə tərəflər münasibətlərin daha da genişləndirilməsi perspektivlərini müzakirə etdilər. Aydın oldu ki, həm Bakı, həm də Ankara mövcud əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatlarda bundan sonra da davam etdirilməsində maraqlıdır.

K.Nurullayeva, həmçinin qardaş ölkənin Dağlıq Qarabağ münaqişəsilə bağlı ədalətli mövqeyinə də toxunub. Bildirin ki,  Ermənistan --Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Türkiyənin mövqeyi hər zaman prinsipial və ədalətli olub.  Nazirlərimiz arasında baş tutan müzakirələrdə də bəyan olundu ki, beynəlxalq birliyin, xüsusilə də ATƏT-in Minsk qrupu həmsədrlərinin münqaişənin həllinə ədalətli münasibəti tələb olunur.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu  azərbaycanlı həmkarı ilə görüşdə növbəti dəfə Azərbaycana dəstək ifadə etməsi - hər nə olursa olsun, Türkiyə Azərbaycanın yanındadır”  - fikrinin yer aldığı məqalədə daha sonra qeyd edilir: “Qardaş Azərbaycan hansı həll yoluna qərar verəcəksə, onun yanında olacağıq”.  Bu, bir daha  ölkələrimiz arasında siyasi sahədə həmrəyliyin ən yüksək səviyyədə davam etdiyinin göstəricisidir.

K.Nurullayeva  bildirib ki, Azərbaycanla Türkiyə rəsmiləri həmrəy olduqlarını bu günə qədər davamlı surətdə göstəriblər, beynəlxalq qurumlarda və təşkilatlarda bu həmrəylik davam etdirilir. Bu gün qardaş Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş ölkənin rəsmiləri bütün platformalarda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycana dəstək ifadə etməkdədirlər.

Deputat Azərbaycanın da  bütün məsələlərdə, beynəlxalq arenalarda daim Türkiyənin haqq işini dəstəklədiyini diqqətə çatdırıb: “Hazırda bölgədə gedən bütün proseslərdə birmənalı şəkildə Azərbaycan dövləti və Azərbaycan xalqı da eyni ilə Türkiyə dövlətinin və xalqının yanındadır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də bəyan etdiyi kimi, elə bir məsələ olmayıb və əminəm olmayacaq ki, Azərbaycan öz dəstəyini Türkiyəyə göstərməsin. Çünki Azərbaycan--Türkiyə birliyi əbədidir və biz öz gələcəyimizi bu möhkəm təməl üzərində inkişaf etdiririk.”

Söhbəti qələmə aldı:

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

14 Avqust 2020 10:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Sentyabr 2020 | 14:01
Erməni xisləti və siyasəti...

Köhnə versiyamızdan xəbərləri izlə